презентация İnformasiya Resursları
"Resurs"-vəsait, ehtiyat deməkdir. Resurslar Maddi və Qeyri- maddi resurslara ayrılır. Maddi resurslara əmək alətləri, maliyyə, enerji, xammal və s. aiddir. Qeyri-maddi resursların əsas hissəsini bəşəriyyətin topladığı bilik və mədəniyyət təşkil edir.
İnformasiya resurslarını insan yaradır və bu resurslar nəsildən-nəslə ötürülür. Ötürmək üçün insanlar bu resursları müəyyən formalarda və müxtəlif daşıyıcılarda saxlayırlar.
Məsələn ta qədim zamanlardan informasiyanı gələcək nəsillərə ötürmək üçün daş və qayaların, gil lövhələrin, perqamentin, kağızın üzərində yazaraq indiki nəslə ötürmüşlər.
Müasir cəmiyyətdə informasiya resurslarının bir qismi İnternet saytlarında yerləşdirilir. Kağızda saxlanılan resurslarda elektron informasiyaya çevrilir və onların sayı günü-gündən artır. Buna misal olaraq elektron jurnalları, qəzetləri, www.youtube.com saytında yerləşdirilən filmlər və nəhayət son vaxtlar İnternet televiziya kanalları göstərmək olar.
İnformasiya resursları arxivlər, muzeylər, kitabxanalar, elektron informasiya daşıyıcıları, vasitəsilə toplanılıb gələcək nəsillərə ötürülür.
- Передача информации
- Электронная почта. Практическая работа №4 «Работаем с электронной почтой»
- Правила поведения в сети интернет
- Компьютер на службе у человека
- Ввод информации в память компьютера. Практическая работа №1«Вспоминаем клавиатуру»
- Ақпарт және ақпарат түрлері
- Информация. Информатика. Компьютер
- Понятие об информации
- Преобразование информации путём рассуждений
- Хранение информации. Файлы
Выходные данные (библиографическая ссылка):
QəRIBOVA Ş. H. İnformasiya Resursları // Международный каталог для учителей, учеников и преподавателей «Учебные презентации» // URL: https://xn--80ablbaanka7beun6ae4de9e.xn--p1ai/prezentatsii-po-informatike/5-klass/file/3647-informasiya-resurslar (дата обращения: 03.07.2026)